• 21 Sentyabr 2024 19:39

“Qarabağ” Qurban Qurbanovsuz qaldı

 

Misli Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Qarabağ” matçında FİFA referisi Elçin Məsiyev daha bir qırmızı vərəqəyə əl atıb. Fanat.Az xəbər verir ki, hakimin qərarına etiraz edən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov matçın son dəqiqələrində ikinci xəbərdarlıqdan sonra texniki zonadan kənarlaşdırılıb.

Qeyd edək ki, gərgin keçən qarşılaşmada FİFA referisi “Qarabağ”dan Kevin Medinanı meydandan qovub, həmçinin “Qəbələ”nin məşqçisi Rasim Ramaldanova “qırmızı” göstərib.

Tacxeber.com

Oxşar xəbərlər