• 24 Noyabr 2024 17:30

Professor adı olmayan rektorlar kimlərdir? – “Sovetdən qalma təfəkkürdür…”

Son i̇llər ali̇ təhsi̇l si̇stemi̇ndə aparılan strateji̇ i̇slahatlar çərçi̇vəsi̇ndə professorlardan i̇barət rektor korpusunun dosentlərlə əvəzlənməsi aktual müzakirə mövzusudur. Dosentlərin rektor təyin olunması professor elmi adı olan alimlər tərəfindən də etirazla qarşılanır. Maraqlısı budur ki, həmin rektorlar arasında ölkənin ən qabaqcıl universitetlərinin rektorları yer alır. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov dosent, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dosent, Xəzər Universitetinin rektoru İradə Xəlilova dosent, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dosent, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev siyasi elmlər üzrə fəlsəfə doktoru… Siyahını bir az da uzatmaq olar. Adıçəkilən universitetlərin prorektor korpusuna nəzər saldıqda isə görürük ki, əksər prorektorların professor elmi adı var. Məsələyə hətta ironiya ilə yanaşanlar bildirirlər ki, bu gedişlə dosent dərəcəsində olan rektorların fəali̇yyəti̇ni̇n 5 i̇li̇ tamamlananda onları elmi̇ dərəcəsi̇ olmayan, magi̇stratura məzunlu menecer rektorlar əvəzləyəcək. Görəsən, ali təhsil sahəsində bu strategiya nə qədər uğurludur? Rektor vəzifəsində idarəçilik, yoxsa elmi dərəcə mühümdür?

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi deyib ki, təhsilin idarə olunması birbaşa vacib şərtdir.

“Buna görə də, fərqi yoxdur ki, rektor müvafiq olaraq elmlər doktorudur, yaxud hansısa elmi dərəcəsi var, ya yox. Əsas lazımdır ki, təhsili idarəetmə qabiliyyəti üzrə onun ali, yaxud magistr təhsili olsun. Bilirsiniz ki, hazırda magistratura pilləsində təhsilin idarə olunması üzrə müvafiq ixtisaslar var. Həmin ixtisas sahibləri arasında birbaşa istər ali təhsilin, istərsə də ümumi təhsilin idarə olunması üzrə menecerlər var. Onlar universiteti daha rahat idarə etmək potensialına malikdirlər. Əlbəttə, əvvəllər “elmi ad” qaydası mövcud idi. Bu isə Sovetdən qalma sistem, təfəkkürdür ki, rektorun mütləq doktorluq dərəcəsi, yaxud professor dərəcəsi olmalı idi. Amma buna bir o qədər də ehtiyac yoxdur. Hazırkı durum deməyə əsas verir ki, bu gün təhsil üzrə müvafiq menecer qabiliyyəti olan, idarəetməni daha yaxşı bilən şəxslər təhsil sahəsini yaxşı idarə edə bilərlər. Yəni şərt deyil ki, rektorun ixtisası üzrə elmi dərəcəsi olsun. Onsuz da işin gedişində bunları özü üçün formalaşdırır. Ola bilər ki, kimsə elmlər doktorudur, amma idarəetmə qabiliyyəti tamamilə bərbaddır, sıfırdır. Yaxud əksinə, kiminsə doktorluq dərəcəsi yoxdur, amma idarəetmə sahəsi üzrə çox gözəl biliklərə sahibdir. Potensialı imkan verir ki, idarəetməni aparsın. Bu nöqteyi-nəzərdən üstünlük verirəm ki, menecerlik qabiliyyəti yüksək olan şəxslərin universitet rəhbərliyinə gətirilməsi daha məqsədəuyğundur”, – ekspert bildirib.

Tacxeber.com

Oxşar xəbərlər