• 21 Sentyabr 2024 01:27

Elza Simonyan açıqlama verdi: “Mən erməniyəm, Azərbaycan vətəndaşı olmaq üçün…”  

Qarabağda yaşayan erməni müğənni Elza Simonyanın Azərbaycan vətəndaşlığını alacağı, Xankəndidə qalacağı iddia olunur. Hətta sarkazmla da olsa, bəziləri onun Bakıya gələcəyini, yerli şou-biznesə qatılacağını deyir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Elza Simonyan haqqında yayılan xəbərlərin yanlış olduğunu açıqlayıb. Gənc ifaçı Qarabağda yaşamadığını da bildirib:

“Haqqımda yayılanlar yalan məlumatdır. Mən erməniyəm və Ermənistan vətəndaşıyam, valideynlərim də ermənidir.

Mənim Azərbaycan vətəndaşlığı alacağım haqda deyilənlər yalan məlumatdır. Eyni zamanda mən hazırda Qarabağda yaşamıram”.

Tacxeber.com

Oxşar xəbərlər