“Birdən kinoteatrların ekranları parlayıb və orada mənim həyatımın müxtəlif epizodları göstərilib…”
“Heç demə, mən rahib, ayaqqabı alverçisi və balıqçı həyatı yaşamışam…”
“Mənim qəsri ziyarət etmək imkanım olub, orada çiyələk rəngli saçları olan qadına rast gəldim, mən ondan nə istəsəydim soruşa bilərdim, amma mən ona yalnız tamaşa edirdim…”
Skuterdə (asma motorlu idman qayığı-red.) qəzaya düşəndən sonra kliniki ölüm keçirən Con Devis həyatla ölüm həddində olduğu yeddi dəqiqə ərzində keçirdiyi hissiyyatlardan danışıb.
Müvafiq video “The Other Side NDE” YouTube-kanalında dərc edilib. Məlumatı “cursorinfo.co” nəşri yayıb.
Kişi o cümlədən danışıb ki, gözlərini yumub, ona elə gəlib ki, növbəti saniyədə nə zamansa gördüyü gözəl binada dayanıb.
“Həmin zamanadək mən bunu bilmirdim, lakin hər birimizin həyata gələndə mənəvi nəsihətçimiz olur. Faktiki olaraq mənəvi nəsihətçimiz öz həyatımızı planlaşdırmaqda bizə kömək edir. Mənim də mənəvi nəsihətçim olub. O, deyib: “Mən sənin mənəvi nəsihətçinəm. Mənim adım Alandır”, – kişi danışıb.
Onun sözlərinə görə, bundan sonra onu dairəvi evə aparıblar ki, öz həyat yolunu görə bilsin.
“Birdən kinoteatrların ekranları parlayıb, orada mənim həyatımın müxtəlif epizodları göstərilib.
Ekranlardan birində mənim uşaqlığım, digərində yeniyetmə dövrüm, üçüncüdə ibtidai məktəbdə oxuduğum illər, beləliklə, 21 yaşımadək həyatım göstərilib.
Və bu məqamda bələdçi mənə izah edib ki, hər kəsin həyat mənzərələri var və onlar öz həyatlarını o zaman olduğu kimi görə bilər”, – Con bölüşüb.
Onun deməsinə görə, sonradan Alan onu küçəyə çıxarıb, orada o, daha böyük ekranı seyr edə bilib, orada onun keçmiş həyatının necə olması göstərilib.
“Ekranda göstərilən həyatımın biri rahib həyatı olub. İkinci həyatımda göstərilir ki, mənim içərisi ayaqqabı ilə dolu arabam var, həmin həyatımda mən ayaqqabı alveri ilə məşğul olmuşam. Üçüncü həyatımda mən balıqçı həyatını yaşamışam. Mənim qədim qayığım və torum olub, mənim işim kənd üçün balıq tutmaq olub”, – kişi deyib.
Conun düşdüyü növbət yer kitabxana olub.
“Divanda qadın əyləşib. Onun belinədək uzun və qətran kimi qara saçları vardı, o, bənövşəyi-tünd qırmızı don geyinib və bu gün bizim yastı ekranlı televizor adlandıra biləcəyimiz ekrana baxıb. O, 200 il öncə düzənliklərin hindu tayfaları ilə ABŞ kavaleriyası arasında baş vermiş döyüşə tamaşa edirdi”, – Con danışıb.
Onun həmçinin bu dəfə “çiyələk rəngli saçları olan” daha bir qadının olduğu qəsri ziyarət etmək imkanı olub.
“O, həqiqətən bu təcrübə zamanı mənə yaxınlaşıb və nəyə görəsə mən özümü indiyədək danlayıram…Bax, mən qarşı tərəfdəyəm, mən o qızdan nə istəsəydim soruşa bilərdim, lakin o, mənə yaxınlaşaraq deyib:
“Mən sənə nə köməklik göstərə bilərəm?” Bilirsiniz, mən ona nə dedim? Mən ona dedim: “Yox, çox sağ olun. Mən yalnız tamaşa edirəm”, – kliniki ölüm keçirmiş kişi öz hisslərini bölüşüb. (Moderator)