• 21 Noyabr 2024 10:23

“Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox” – FOTOLAR

“Heç kimin qabağında əyilməmişəm, hər şeyim təbiidir, orammı-buramı şişirtməmişəm”

“Geyimimlə bağlı mənə yazılan tənqidi rəylərin heç birini qəbul etmirəm. Onların yazdıqlarına əhəmiyyət belə vermirəm. Geyinmişəm, geyinirəm, geyinəcəm də. Əcəb edirəm, yaxşı edirəm. Yaşar Nurinin adını az hallandırın! Elə etməyin ki, sizin başqa cür, məhkəmədə görüşək! Yaşar Nurinin sağlığında da belə geyinirdim! Mənim atam kişi kimi yaşayıb, kişi kimi öldü. Bir şey olmamış yazırlar ki, Yaşar Nurinin qızı açıq-saçıq geyindi! Yaşar Nurinin qızı geyinə bilməz?! O qədər məşhurlar var ki, az qalırlar səhnəyə lüt çıxsınlar! Yazsınlar da onlar haqda, niyə yazmırlar?! Bəzi səhifələr, saytlar özlərinə reytinq qazanmaq istəyirlərsə icazə verirəm. Təki mənim məşhurluğumdan reytinq qazansınlar”

Bunu Moderator.az-a açıqlamasında Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı deyib.

O daha sonra əlavə edib.

 

“Mən müğənniyəm! Bu mənim öz həyatım, düşüncəmdir. Geyimin insanın əxlaqı ilə heç bir əlaqəsi yoxdur. Geyimə görə insana dəyər vermirlər. Yaşar Nurinin qızının əsgərlərə verdiyi konsertləri, şəhid anaları ilə görüşlərini gündəmə gətirsinlər. Yaşar Nurinin qızının etdiyi yaxşı şeyləri işıqlandırsınlar da. Bu axı onlara sərf etmir!” deyə o bildirib.

Ülkər Yaşarqızı bildirib ki, indiyə qədər heç kimdən dəstək görməyib.

“Atamın heç bir sənət dostu mənə dəstək olmayıb. Heç gözləmirəm də, istəmirəm də. Dəstəkçim yoxdur, göydə Allah, yerdə özüməm. Özümə sponsor da axtarmıram. Allah qismət edərsə həyatıma gələn biri mənə dəstək olar. Mən nəyəsə görə kimlərinsə qabağında əyilməmişəm. Əyilsəydim bu dəqiqə 5 villam, 10 maşınım, hər cür şəraitim olardı. Bu günki şəraitimə də çox şükür edirəm. Hər şeyi özüm əldə etmişəm. Şükür Allaha sevilirəm, məni öz məclislərinə dəvət edənlər də var. Oramı-buramı şişirtməmişəm, hər şeyim təbiidir, özümünküdür. Allah nə veribsə odur” deyə müğənni bildirib.

Tacxeber.com

Oxşar xəbərlər