• 21 Sentyabr 2024 01:44

Osmanlı dövlətinin tərkibində olan Hacıbəy şəhəri müharibə zamanı rusların əlinə keçir.

25 sentyabr 1789-cu il. 305 il Osmanlı dövlətinin tərkibində olan Hacıbəy şəhəri Türkiyə və Rusiya arasında 1787-1792-ci illər müharibəsinin gedişində rusların əlinə keçir.

O zaman ruslar Qara dəniz sahillərində saldıqları yeni şəhərlərə yunanca adlar qoyurdular. Məsələn, Sevastopol (müqəddəs şəhər), Mariupol (Məryəmin şəhəri)

Bu, II Yekaterinanın Rusiyanı Bizansın varisi göstərmək siyasətinin və Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tutan “yunan layihəsi”nin bir parçası idi. Hacıbəyin adı da dəyişdirilərək antik dövrlərdə bu ərazilərdə olan Odessos yunan koloniyasının şərəfinə Odessa adlandırıldı.

Odessa hazırda Ukraynanın ərazisindədir, Kiyev və Xarkovdan sonra üçüncü milyonluq şəhər sayılır. Mühüm liman şəhəridir.

Odessa Rusiya imperiyasının və SSRİ-nin kriminal mərkəzlərindən biri hesab olunurdu. Buna görə də cinayətkarlar arasında “Rostov atadır, Odessa ana” deyimi yaranmışdı. XX əsrin əvvəllərində ən məşhur cinayətkarlardan biri olan Mişka Yaponçik Odessa yəhudisi idi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər