• 25 Noyabr 2024 10:47

Rövnəq Abdullayev: Azərbaycanlı azarkeşlərin futboldan başı çıxmır

Azərbaycan milisi Avro-2024-ün seçmə mərhələsində Bakıda Estoniya yığması ilə qarşılaşdı və qalib gələ bilmədi. Oyun heç-heçə yekunlaşdı – 1:1.

Qarşılaşmadan sonra AFFA prezidenti Rövnəq Abdullayev virtual müsahibəsində jurnalistlərin suallarını cavablandırıb.

-Qarşılaşmanı necə dəyərlindirirsiniz?

– İki fərqli hissə izlədik. İlk yarıda qonaqlar, ikinci hissədə isə millimiz üstün oldu. Heç-heçəni ədalətli nəticə hesab edirəm.

-Rövnəq müəllim, azarkeşlər De Byazidən narazıdırlar. İddia edirlər ki, ilk hissədə də ikinci hissədəki taktika ilə oynasaydıq, fərqli nəticə olardı ?

-Azərbaycanlı azarkeşlərin futboldan başı çaxmır. Yaxşı məşqçi odur ki, fərqli taktiki gedişləri sınaqdan keçirsin və oyunun axarını dəyişə bilsin. De Byazi bunu sübut etdi. Onu az qala dünyanın bütün ölkələri dəvət edirlər. Biz isə naşükürlük edirik. Heç vaxt futboldan başı çıxmayanların təzyiqinə boyun əyməyəcəyik. Bu yolla davam edəcəyik.

-Bu seçmə mərhələdən nə gözləyirsiniz?

-Bizim bu seçmə mərhələ ilə bağlı hər hansı tələbimiz yoxdur. Nə baş məşqçinin, nə də komandanın qarşısında tələb qoymamışıq. Biz gələcəyin komandasını qururuq.

Daha doğrusu, 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlaşırıq. Bilirsiniz ki, həmin vaxt dünya çempionatı 3 ölkədə keçiriləcək. Bu da şans yaradır ki, biz final mərhələsinə vəsiqə qazanaq. Dünya çempionatı bir ölkədə keçiriləndə hər qrupdan cəmisi bir komanda final mərhələsinə vəsiqə əldə edir, amma 3 ölkədə keçiriləndə 3 komandanın şansı olur. Biz də bu amili nəzərə alıb DÇ-2026-ının seçmə mərhələsinə hazırlaşırıq. Ümid edirik ki, qrupda ən azı 3-cü yeri tutub Meksikaya gedəcəyik.

Niyə Meksika deyirəm? Bilirsiniz ki, DÇ ABŞ, Kanada və Meksikada olacaq. Bizim mentalitetimizə Meksika daha yaxın ölkədir. Onlar da bizim kimi çılğındırlar.

Ona görə də biz qarşımıza hədəf qoymuşuq ki, ABŞ və Kanadada yox, Meksikada keçiriləcək dünya çempionatında iştirak edək. (Aut.az)

Tacxeber.com

Oxşar xəbərlər