• 23 Noyabr 2024 20:07

Şakira Pikenin xəyanətini yaxalayan dayəyə səxavətlə təşəkkür etdi

 

Şakira onu aldadan əri, futbolçu Jerar Pikedən boşanmasının təfərrüatlarını ictimaiyyətə nümayiş etdirməyə davam edir.

Tacxeber.com xəbər verir ki, bu dəfə 46 yaşlı müğənni 36 yaşlı futbolçunun xəyanəti barədə ona xəbər verən övladlarının dayəsi Lilli Melqarı klipə çəkib.

Bu yaxınlarda Meksikanın Fuerza Regida qrupu ilə birlikdə işlədiyi “El Jefe” adlı sinqlı buraxan sənətçi mahnıda evliliyi ilə əlaqəli bir şəxsi xatırlayıb. Bu, müğənninin oğulları Milan və Saşanın dayəsi Lilli Meqalardır. Məlum olub ki, Şakira və Pikenin ayrılmasına səbəb futbolçunun daimi xəyanətləri olub. Müğənni qastrol səfərində olanda Pike qızları evlərinə gətirib. Daha sonra uşaqların dayəsi hər şeyi Şakiraya danışıb və Pike dayəni işdən çıxararaq onu maaşını verməyəcəyi ilə hədələyib.

Ancaq dayə uzun müddət işsiz qalmayıb. Müğənni araşdırma apardıqdan sonra qadının haqlı olduğuna əmin olub və dərhal onu geri işə götürüb. Və bu xoşagəlməz vəziyyətin təəssüratını yumşaltmaq üçün onun maaşını qaldırıb. Lakin bu tədbirlər belə müğənniyə kifayət etməyib və o, oğullarının dayəsinə təşəkkür etmək üçün başqa yol tapıb. Ulduz yeni mahnısı “El Jefe”ni ona həsr edib və Lillini klipinə çəkilməyə dəvət edib. Onun premyerası çox tezliklə baş tutmalıdır, lakin Melqarın hansı rolu oynayacağı hələ məlum deyil.

Şakira Pikedən qisas almağa davam etməsinə baxmayaraq, onun adı da yeni romanlarda hallanır. Bu yaxınlarda onun müğənni Rau Alejandro ilə vaxt keçirdiyi məlum olub.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər