• 23 Noyabr 2024 22:54

Başına torba keçirilib Bakıya gətirilən Ruben Vardanyan kimdir? – DOSYE

 

Xəbər verdiyimiz kimi, bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Tacxeber.com R.Vardanyanın dosyesini təqdim edir:

Ruben Karlenoviç Vardanyan 25 may 1968-ci ildə İrəvanda anadan olub. 1985-ci ildə İrəvan şəhər 20 nömrəli məktəbi bitirib, 1985-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
1990-cı ilin noyabrında Ruben Rusiyada investisiya biznesini inkişaf etdirmək istəyən və öz broker şirkətini qeydiyyatdan keçirməyə hazırlaşan rus əsilli amerikalı Peter Derbi ilə tanış olub. Derbi Rubeni komandasına dəvət edib.
Vardanyanın 1991-ci ildən satılana qədər “Troyka Dialoq” şirkətində işləyib: 1991-1992-ci illərdə – ekspert, ilkin yerləşdirmə şöbəsinin müdiri, 1992-ci ildən isə “Troyka Dialoq”a rəhbərlik edib, icraçı direktor, sonra prezident, baş direktor və idarə heyətinin sədri vəzifələrində çalışıb.
11 mart 2011-ci ildə Sberbank Troyka Dialoqun 100%-ni satın alıb. “Troyka Dialoq” satıldıqdan sonra, 2015-ci ilə qədər Vardanyan Sberbank CIB-nin həmsədri, prezidentin müşaviri və Sberbankın idarə heyətinin sədri olub.
2013-cü ildə “Troyka Dialoq”un satışından sonra Ruben Vardanyan “Troyka Dialoq”un icraçı direktoru və keçmiş partnyoru Mixail Broytmanla birlikdə “Vardanyan, Broitman and Partners” investisiya şirkətini yaradıb.
2015-ci ildə Vardanyan ailə sərvətini qorumaq və idarə etmək üçün xidmətlər təklif edən və iş adamlarına varislik planı hazırlamağa kömək edən 2Phoenix Advisors” şirkətini açdı. Onun xeyli sayda şirkətləri olub. Zaman-zaman R.Vardanyanın şirkətləri ilə bağlı korrupsiya halları barədə beynəlxalq mətbuatda araşdırmalar dərc olunub.
2011-ci ildən Vardanyan “Forbes”in Rusiyanın ən varlı adamları siyahısına daxil edilib, 2021-ci ilə qədər onun sərvəti 1 milyard dollar təşkil edib.

2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb. O, bütün Rusiya aktivlərini ailə fonduna, idarəetməni isə tərəfdaşlarına ötürmək qərarına gəlib.
2022-ci il oktyabrın 20-də Vardanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın hökumət başçısı “vəzifəsi”nə “təyin edilib” və noyabrın 4-də vəzifəsinin icrasına başlayıb. Lakin Bakının qətiyyətli addımlarından sonra qondarma vəzifədən çıxmalı olub. Buna baxmayaraq Vardanyan Xankəndidə təxribatçı fəaliyyətini davam etdirib. O, aktiv şəkildə Qarabağın gorbagor olmuş status məsələsini gündəmdə saxlamağa çalışıb, “böhran”, “humanitar fəlakət”, “aclıq” kimi kartlardan istifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə cəhd edib.

R.Vardanyan ailəlidir, dörd övladı var. Onun oğullarının ən böyüyü Davidin Ermənistan tərəfdən aprel döyüşlərində iştirak etdiyi bildirilir.

Həyat yoldaşı – Veronika Feliksovna Zonabenddir. O, 1990-cı ildə Moskva Aviasiya İnstitutunu bitirib, Aviasiya Tədqiqat Avadanlıqları İnstitutunda mühəndis işləyib, 1993-cü ildən Tveruniversalbankın valyuta departamentinin direktor müavini vəzifəsində çalışıb, 1994-1995-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində bank və maliyyə ixtisası üzrə təhsil alıb, 1999-cu ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, Ermənistandakı UWC Dilijan Kollecinin həmtəsisçisi və direktorlar şurasının sədridir.

Tacxeber.com

Oxşar xəbərlər