• 27 Noyabr 2024 21:49

“Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə…” – Xalq artisti sirləri açdı

“Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı

Qarabağda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu. 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. 

Bundan sonra qarşıda dayanan məsələlərdən biri Qaraba­ğın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olunma­sıdır. Bu istiqamətdə atılan hər bir addım dəfələrlə ölçülüb-biçilir.

Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesini “Yeni Sabah”a şərh edən Xalq artisti Rasim Balayev bundan sonra ermənilərə güvənməyin mümükünsüz olduğunu bildirib:

“Bundan sonra qətiyyən ermənilərə etibar etmək olmaz! Onlar çox ikiüzlüdürlər. Jurnalistlərə verdikləri müsahibələri dinləyirəm, hətta biri deyirdi ki, “erməni millət deyil”. Qətiyyən onlara güvənmək olmaz. Situasiya dəyişəndə erməni quzuya dönür.

Alman yazıçı Adam Mezin “Müsəlmanların intibahı” (Мусульманский ренессанс) adlı bir kitabı var, orada erənilər haqqında da fikirlərini bildirir. O yazır ki, bu millət qulluq üçün yaranıb, onların belində hər zaman zərbə olmalıdır, gərək məcbur edəsən ki, işləsin.

Erməni millətinin bir neçə sifəti var. Mən əminəm ki,  bu gün jurnalistlərlə bizim dildə danışıb yaltaqlıq edən ermənilər 1988-ci ildə Xankəndidə “Miatusum-Miatsum” – deyə qışqıran ermənilərdir. Hazırda görürlər ki, vəziyyət belədir, başlayırlar yalandan danışmağa ki, Bakıda dostum çoxdur, müsəlmanları çox sevirəm, erməni millət deyil və s. Bunlar hamısı cəfəngiyyatdır! Yalan danışırlar! Onlar çox alçaq millətdir!”

O, ermənilərin ikiüzlü xislətinin olduğunu qeyd edib:

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik, bəzisi isə deyir ki, bizi gəlib çıxartdılar, dedilər ki, çıxmalısınız, biz də çıxdıq. Onların öz milləti deyir ki, çıxmalısınız, rəhbər işçiləri deyir ki, çıxın, yoxsa müsəlman gəlib sizi qıracaq. Onlar bu cür xarakterə sahibdilər və heç vaxt, heç bir halda inanmaq olmaz. İnşallah, bundan sonra hər şey yoluna düşər”.

Tacxeber.com

Oxşar xəbərlər