• 27 Noyabr 2024 02:35

İrəvandakı rus müxbir gördüklərindən heyrətləndi

Qarabağdakı qondarma qurumun özünü ləğv etməsi Ermənistan vətəndaşları arasında ciddi reaksiyaya səbəb olmadı.

Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “RİA Novosti”nin İrəvanda olan müxbiri qeyd edib.

O bildirib ki, Samvel Şahramanyan (keçmiş separatçı qurumun keçmiş başçısı – red.) qondarma rejimin ləğvi ilə bağlı “sənəd” imzalasa da, İrəvanda buna reaksiya verilmir:

“Son günlərdə tez-tez etiraz aksiyalarının keçirildiyi İrəvanın mərkəzi meydanında vəziyyət sabitdir. Ətraf ərazilərdə də sakitlikdir. Hazırda meydanda turistlər gəzir, vətəndaşlar isə öz işləri ilə məşğuldurlar. Aksiyaların keçirildiyi Nazirlər Kabinetinin binası qarşısında polis nəzarəti gücləndirilib. Onların arxasında isə xüsusi təyinatlı əsgərlər dayanıb”.

Qeyd edək ki, separatçıların rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı “fərman” imzalayıb.

Tacxeber.com

Oxşar xəbərlər