• 25 Noyabr 2024 20:35

Sodanın orqanizmə faydaları və zərərləri

Soda, arxiv şəkli

Bu maddənin daxilə nəzarətsiz qəbulu orqanizmə zərər verə bilər. Soda uzun müddət, göstərişsiz və mütəxəssis tərəfindən təyin edilmədən qəbul edilə bilməz.

Sodanın faydalı xüsusiyyətləri qədim zamanlardan məlumdur. Bu, orqanizmi təmizləyən, detoksikasiya edən və soyuqdəymə zamanı ilk yardım göstərə bilən məhsuldur. Bu barədə diyetoloq Artyom Leonov RİA Novosti-yə məlumat verib.

Onun sözlərinə görə, soda ağ ciyərlərdəki bəlğəmdən xilas olmağa əla kömək edir, iltihabı və boğaz ağrısını da aradan qaldırır.

Ancaq Leonov xəbərdarlıq edib ki, sodanın daxilə nəzarətsiz qəbulu orqanizmə zərər verə bilər.

Maddə uzun müddət, göstərişsiz və mütəxəssis tərəfindən təyin edilmədən qəbul edilə bilməz. Bu, orqanizmdə turşu-qələvi tarazlığının və mübadilə proseslərinin pozulmasına, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.

“Sodanı bədən skrabı kimi istifadə etmək olar, sodalı vanna qəbul etmək təmamilə təhlükəsizdir. Bu cür prosedurlar hətta hər gün edilə bilər. Bu prosedurlardan sonra dəri son dərəcədə zərif olur, orqanizmin toxumaları dərindən təmizlənir”, – deyə diyetoloq yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər