• 21 Sentyabr 2024 00:35

Vardanyanın qoluna girib poz verməsi Qarabağda aparılan antiterror əməliyyatına kölgə salmaqdır!

Elçin Quliyevin oğlunun Ruben Vardanyanın qoluna girib poz verməsi Qarabağda aparılan antiterror əməliyyatına kölgə salmaqdan başqa bir işə yaramır.

Hər halda bütün Azərbaycan ictimaiyyətinə bəllidir ki, nazirlərin oğlu Bakıda sərin kabinetlərdə əyləşib kefə baxmaqla məşğul olurlar və bu da ictimaiyyətdə ciddi narazılıqla qarşılanır.

Üstəlik, hansısa xarici güc mərkəzləri tərəfindən Qarabağda ön cəbhədə döyüşənlərin və postda dayananların ancaq kasıb-kusub övladları olduğu, nazir isə balalarının boynunu yoğunlatdığı təbliğatının yayıldığı bir zamanda Elçin Quliyevin oğlunun Vardanyanla poz şəkilləri çəkdirib yayılması od üstünə yağ tökmək deməkdir.

Elçin Quliyevin niyə belə ucuz təbliğata girişdiyi  aydın deyil.

Vardanyanın həbsi ilə əlaqədar çəkilən heç bir video da Elçin Quliyevin oğlu görsənmir. Bu da onu təsdiqləyir ki, foto-şəkil sırf təbliğat məqsədilə çəkilib.

Qarabağda minlərlə qurban verdiyimiz bir zamanda Elçin Quliyevin bu cür cılız təbliğatlardan istifadə etməsi şəhidlərin qanından öz nüfuzunu artırmaq üçün faydalanması ehtimalını ağla gətirir ki, bu da ilk növbədə şəhidlərin ruhuna hörmətsizlik deməkdir.

Hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu cür cılız təbliğatla məşğul olanlara yaxşı bir qulaqburması verəcək. Əks halda digər nazir övladları da eyni piar kampaniyasına təşviq oluna bilər ki, bu da müqəddəs torpaqlarımız uğrunda mübarizəni tamamilə gözdən salar.

Elçin Quliyevin oğlu cəzasız qalsa, sabah Bin Ladenin, Fətullah Gülənin, Aponun qoluna girib “şəkil” çəkdirəcək. Necə, deyirsiniz? Bax, belə (fotoya baxa bilərsiniz). Bunu mən belə bacardımsa, Elçin Quliyevin dahi oğlunun bacarmayacağınımı sanırsınız? (Azerbaijanrealligi)

Tacxeber.com

Oxşar xəbərlər