• 24 Sentyabr 2024 12:29

Barselona”dan rekord qazanc

“Barselona” 2022/23 mövsümündə 304 milyon avro xalis gəlir əldə edib.

Qol.az xəbər verir ki, bu barədə klubun direktorlar şurası bildirib.

Bu nəticələr ticarət və obyektlərin idarə olunması sektorlarında rekord əməliyyat göstəriciləridir. Klub öz biznesinin bütün sahələrində təkmilləşdirmələr apararaq, hər birində gözlənilən performansı qeyd edib.

Kommersiya səviyyəsində “Barselona” 351 milyon avro gəlirlə rekord göstəricilərə nail olub (əvvəlki ilə nisbətən 43% çox). Sponsorluq məbləği demək olar ki, 200 milyon avroya çatıb və “Barselona” mağazalarında satışlar 100 milyon avro təşkil edib. Bu, da mütləq rekorddur.

Tacxeber.com

Oxşar xəbərlər