ABŞ Prezidenti Co Bayden Donald Trampı və onun tərəfdarlarının təsis etdiyi “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hərəkatını demokratiya üçün təhlükə adlandırıb…
O bu barədə Arizonada çıxışı zamanı bəyan edib.
“Hazırda ABŞ-də təhlükəli şeylər baş verir. Demokratiyamızın əsas prinsiplərini bölüşməyən MAGA adlı bir hərəkat mövcuddur”, – deyə C.Bayden vurğulayıb.
C.Bayden bir qədər də irəli gedərək vurğulayıb ki, hazırkı Respublikaçılar Partiyası MAGA hərəkatının prinsiplərini rəhbər tutur.
“Əgər onların ideyaları həyata keçərsə, ABŞ-nin demokratiya təsisatları köklü şəkildə dəyişikliyə məruz qalacaq”, – deyə C.Bayden bildirib.