• 24 Sentyabr 2024 14:19

Əziz Nesinin gəlini ermənicə ermənilərə ağı dedi

 

Məşhur yazıçı Əziz Nesinin gəlini, aktrisa Hilal Nesin Azərbaycana qarşı təxribatçı addım atıb.

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, Hilal Nesin özünün X səhifəsində paylaşdığı videoda Qarabağdan öz istəyi ilə gedən ermənilər üçün erməni dilində ağı deyib.

“Yenə bir işğalın izləyicisiyik və mən sadəcə ermənicə ağı deyə bilirəm. Çoxlu sayda erməni Dağlıq Qarabağı tərk edir. Sadəcə biz deyil, dünyanın bir çox ölkəsi seyr edir”, – o qeyd edib.

Qeyd edək ki, sözügedən paylaşım sosial şəbəkələrin Türkiyə seqmentində sərt tənqid edilir. Ölkə ziyalıları Qarabağdakı qondarma rejimin özünü buraxdığı bir gündə Hilal Nesinin atdığı bu addımın Türkiyə-Azərbaycan əlaqələrinin pozulması məqsədi daşıdığını vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər