• 24 Sentyabr 2024 16:32

İran ABŞ helikopterini lazerlə məhv etmək istədi.

İran ordusuna məxsus gəmilər ABŞ hərbi helikopterinə qarşı bir neçə dəfə lazer şüası tətbiq edib.

Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məlumatında deyilir.

Bildirilib ki, insident Fars körfəzində baş verib:

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri ABŞ-ın AH-1Z Viper zərbə helikopterinə qarşı təhlükəsiz və qeyri-peşəkar şəkildə lazer şüası yönədiblər”.

Məlumata görə, helikopter beynəlxalq hava məkanında adi qaydada əməliyyatlar icra edirmiş.

Hadisə nəticəsində helikopterə zərər dəyməyib, xəsarət alan yoxdur. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər