• 22 Sentyabr 2024 15:38

Təyyarədə həyəcanlı ANLAR: pilot təcili eniş etdi

Antalyadan Ufaya uçan “Corendon Airlines” təyyarəsinin salonunda depressurasiya yaranıb.

Bu barədə Rusiya mətbuatı yazır.

Sərnişinlərdən birinin verdiyi məlumata görə, salona soyuq hava daxil olub. Sonra oksigen maskaları yerə düşüb və insanların qulaqları tıxanmağa başlayıb.

Hadisə zamanı pilot təcili eniş barədə məlumat verib. Təyyarə tezliklə Ufa hava limanına enib.

Hadisə şahidinin sözlərinə görə, pilotlar öz tapşırıqlarını peşəkarlıqla yerinə yetiriblər və heç bir sərnişin xəsarət almayıb.

Hazırda hadisənin səbəbi məlum deyil. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər