• 21 Sentyabr 2024 21:12

Türkiyədə həkimlər intihar edir

Türkiyədə həkimlər intihar edir

Türkiyədə eyni gündə müxtəlif əyalətlərdən olmaqla 3 həkim intihar edib.

Tacxeber.com xəbər verir ki, Türkiyədə həkim və tibb işçiləri arasında psixoloji böhran artır, onların əməyi düzgün qiymətləndirilmir, iş şəraitləri ağırdır.

Türk Təbiblər Birliyi bununla bağlı Twitter paylaşımında iqtisadi böhran, etibarsızlıq, gərgin və təhlükəli iş şəraiti, səhiyyə sahəsində inzibati təzyiq və zorakılığa diqqət çəkib.

Səhiyyə nazirliyinə həkim intiharlarının qarşısını almaq üçün təcili tədbirlər görülməsi üçün çağırışlar edilib.

Tacxeber.com

Oxşar xəbərlər