• 21 Sentyabr 2024 16:31

Türkiyəli deputat: “Zəngəzur dəhlizi”nin açılması təklifim NATO PA-nın gündəliyindədir”

 

“Zəngəzur dəhlizi”nin açılması təklifi NATO PA-nın gündəliyinə daxildir və bu məsələnin qəbul olunacaq sənəddə əksini tapmasına israr edəcəyəm.

Tacxeber.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, millət vəkili Mevlut Karakaya “UlkucuMedia”ya açıqlamasında deyib.

Karakayanın sözlərinə görə, NATO PA-nın 68-cı sessiyasında əsas sektorların və təchizat zəncirlərinin təhlükəsizliyi ilə bağlı hazırlanan hesabata “Zəngəzur dəhlizi”nin yeni bir bəndin salınması barədə yazılı təklif təqdim edib.
Onun təqdim etdiyi yazılı təklifdə Azərbaycanın mövcud enerji strukturu və potensialı baxımdan Avro-Atlantik regionda enerji təminatında əsas oyunçu olmasına diqqət çəkilib. Türkiyəli deputat hesab edir ki, Xəzər hövzəsindən Cənubi Qafqazla yeni bir dəlizin açılması NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə müsbət təsir göstərə bilər.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı son hadisələr “Zəngəzur dəhlizi”nin əhəmiyyətini yenidən aktuallaşdırıb.
O həmçinin bildirib ki, “Zəngəzur dəhlizi”nə təkcə iqtisadi və ya enerji maraqları baxımından baxmaq lazım deyil, bu dəhliz eyni zamanda türk dünyasına və Turana açılan bir yoldur.

Tacxeber.com

Oxşar xəbərlər