Xocalı qatili və keçmiş “müdafiə naziri” saxlanıldı Kriminal 29 Sentyabr 2023 15:10 402 PaylaşQarabağ separatçılarının keçmiş “müdafiə naziri”, “general-leytenant” Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.Axar.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan da saxlanılıb.Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir. (Axar)Tacxeber.com