• 29 Noyabr 2024 23:46

Rusiya əvvəl-axır nüvə silahından istifadə edəcək – Uiver

NATO ölkələri taktiki nüvə silahının mümkün istifadəsinə hazırlaşmalıdır. ABŞ-ın Çinə diqqətinin yönəldiyi vaxtda nüvə müharibəsi baş verə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqonun keçmiş yüksək rütbəli məmuru Qreqori Uiver deyib.

“Ukraynaya müdaxilənin edildiyi ilk günlərdə rus ordusunun zəif irəliləyişləri NATO-da bəzilərini inandırmışdı ki, alyansın üstünlüyü və adi silahlanma sayəsində rus təcavüzünün qarşısını almaq mümkün olacaq. Bu, yanlış təsəvvür idi.

NATO rəhbərliyi başa düşməlidir ki, rus qüvvələrinin Ukraynadakı fəaliyyəti Rusiyanın nüvə silahından asılılığını artıra bilər. NATO ilə gələcək hipotetik müharibədə Rusiya çox güman ki, ya qələbəyə nail olmaq, ya da məğlubiyyətin qarşısını almaq üçün münaqişənin əvvəlində nüvə silahından istifadə etmək ehtiyacını hiss edəcək”, – deyə ekspert bildirib. (axar)

Tacxeber.com

Oxşar xəbərlər