Azərbaycan həkimləri Xankəndidə işə başladılar – VİDEO
Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı tədbirlər görülür. Artıq poliklinikanın işi təşkil edilib.
Üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib.
Xatırladaq ki, Azərbaycan səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası oktyabrın 1-də səhər saatlarında Xankəndiyə ezam olunub.
Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.
Ətraflı Baku TV-nin süjetində: