Hərbçilərimizi Ukraynaya göndərməyəcəyik – Sunak Dünya 01 Oktyabr 2023 19:52 191 Münaqişə davam etdiyi müddətdə Böyük Britaniya öz ordusunu Ukraynaya göndərməyəcək. Tacxeber.com xəbər verir ki, bunu Britaniya Baş naziri Rişi Sunak deyib. “Britaniyalı təlimatçıların Ukraynaya göndərilməsi planları mövcud münaqişənin bitməsindən sonrakı uzunmüddətli əməkdaşlığı nəzərdə tutur”, – Sunak bildirib. Qeyd edək ki, ötən gün Britaniya hərbçilərinin Ukraynaya göndəriləcəyi barədə məlumat yayılmışdı. Tacxeber.com