Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində qalmaqda davam edən keçmiş xuntanın keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanla əlaqə kəsilib.
Bu barədə erməni mediası yazıb.
Bildirilir ki, onlarla ötən gün axşam saatlarından heç bir əlaqə yoxdur.
TASS isə onların Xankəndidən çıxmasına izacə verilməsi üçün Azərbaycanla danışıqlar aparıldığını iddia edib.
Qeyd edək ki, keçmiş separatçıbaşıların Ermənistana keçə bildiyi haqda iddia yayılsa da, erməni mənbələr bunu təkzib ediblər. (Axar)