• 24 Noyabr 2024 01:37

Həbs olunan ictimai fəal: ‘Polis bölməsində saçımdan tutub yerdə sürüyürdülər’

İctimai fəal Ruslan Vahabov ona verilən narkotik ittihamının yalan olduğunu, həbsinin sentyabrın 21-də Facebook platformasındakı hesabında yazdığı statusdan qaynaqlandığını deyir. Onun haqqında həbs qərarından şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılanda da bu barədə danışıb.

Deyib ki, sentyabrın 22-də işə gedəndə onu tutub Nizami rayonu, 23-cü polis bölməsinə gətiriblər. Onun sözlərinə görə, bölmədə işgəncələrə məruz qalıb: “23-cü bölmədə saçımdan tutub yerdə sürüyürdülər…”.

R.Vahabov sürəkli işgəncəyə, təhqirlərə dözməyib narkotiki 100 manata alması haqda ifadəyə imza atmağa məcbur qaldığını söyləyib.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İddia olunur ki, saxlanılanda üstündən 6 qramdan çox narkotik çıxıb. Özü isə deyir ki, narkotiki cibinə polislər qoyub.

Tacxeber.com

Oxşar xəbərlər