• 24 Noyabr 2024 02:03

Xaça görə hay-küy salan ermənilər məscidin qapısını söküb “pub”da istifadə edirmiş – FOTO

 

Xankəndidə fəaliyyət göstərən erməni iş adamına məxsus “pub”ın qapısı Ağdamın Şahbulaq qalasından götürülüb.

Tacxeber.com xəbər verir ki, bunu dosent Zaur Əliyev deyib. O qeyd edib ki, bu qapı Şahbulaq qalasında ermənilərin dağıtdığı qədim məscidin qapısıdır:

“1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdı. Sökülən bu məscid 1752-ci ilə aid idi”.

Z.Əliyev ermənilər Xankəndidə sökülən xaça görə hay-küy qaldırdığını xatırladaraq sözlərinə belə davam edib:

“Bunları onların gözünə soxmaq lazımdır ki, islam mədəniyyətinə və inancına məxsus tikilinin – məscidin qapısını niyə içki yerində istifadə edirsiniz? Məgər islam dinin qadağalarını bilmirlər?
Demək, islam dininə ən böyük təhqiri onlar edə bilərlər, biz adi dəmir xaçı sökə bilmərik?

Oxşar xəbərlər