• 24 Noyabr 2024 05:36

Bu, Putinə təhqirdir – Sədr müavini

Roma Əsasnaməsinin ratifikasiyası Rusiya prezidenti Vladimir Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir.

Bunu Federasiya Şurasının sədr müavini Yuri Vorobyov bildirib.

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası barədə böyük təəssüf hissi ilə xəbər tutdum. Bu qərar bizim liderimiz, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir”, – deyə Vorobyev Teleqram kanalında yazıb.

O qeyd edib ki, erməni parlamentarilərin qərarı Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir: “Ancaq əminəm ki, heç bir qüvvə rus və erməni xalqlarının çoxəsrlik dostluğunu poza bilməyəcək”

Xatırladaq ki, Ermənistan parlamenti bu gün Roma Statutunu ratifikasiya edib. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər