• 24 Noyabr 2024 08:26

“Artıq Bakı Köçəryan və Sarkisyanın həbsini tələb edə bilər” – Erməni bloger

“Artıq Bakı Köçəryan və Sarkisyanın həbsini tələb edə bilər” - Erməni bloger

“Ermənistan nəhayət ki, Roma Statutunu ratifikasiya etdi. İndi məsələ həll olundu. Artıq Azərbaycan Robert Köçəryan və Serj Sarkisyanın həbsini tələb edə bilər. Buna inanılmaz dərəcədə sevinirəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri erməni bloger Natali Aleksanyan deyib.

O bidirib ki, Ermənistan bu qaniçən soyğunçulardan qurtula bilmədiyi üçün onların işləri ilə Azərbaycanın məşğul olması daha yaxşıdır.

“İndi onlardan qurtulmaq üçün yaxşı fürsətdir. Nəhayət, mənim ən böyük arzum gerçəkləşəcək və bu ikisi Bakı həbsxanasında çürüyəcək”, – deyə erməni bloger əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər