• 24 Noyabr 2024 03:28

Ermənilər o qədər pul xərclədi, ədalət Azərbaycandan yana oldu – Korotçenko

 

“Qarabağ münaqişəsinin tarixini nə qədər diqqətlə, ətraflı və hərtərəfli öyrənirsinizsə, erməni millətçilərinin yalanlarının miqyasına getdikcə daha çox heyrətlənirsiniz. Dünya ictimaiyyətinin əhəmiyyətli hissəsini aldatmaq üçün nə qədər pullar xərcləndi və səylər göstərildi!”

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, həqiqət yenə də sonda qalib gəldi: “2020-ci il sentyabrın 27-dən 2023-cü ilin oktyabrına qədər baş verənlərin dərin simvolik mənası var: Qorbaçovla manipulyasiya edərək, millətçiliyin cinini buraxmaqla 35 il əvvəl SSRİ-nin dağılması prosesinə başlayan o qara qüvvələr tarixi ədalət qarşısında məğlub olaraq “başladıqları vəziyyətə” geri dönüblər – keçmiş Ermənistan SSR-in sərhədləri daxilinə. Tarixi ədalət isə Azərbaycanın tərəfində idi”.

Tacxeber.com

Oxşar xəbərlər