“İnter”, “Milan”, “Yuventus”, PSJ və “Barselona”nın sabiq hücumçusu Zlatan İbrahimoviç özünü tanrı hesab edir.
Tacxeber.com xəbər verir ki, bu barədə 42 yaşlı keçmiş futbolçu öz açıqlamasında deyib. Zlatan bunları söyləyib: “Mən Tanrıyam. Elə bilirsən ki, zarafat ediəm? Zarafat etmirəm. Alovla oynamaq istəyirsən? Mən sənin yandıracağam, sən yanacaqsan”.
Qeyd edək ki, Zlatan ötən yay karyerasını başa vurub. İbrahimoviç 1999-cu ildə peşəkar futbola başlayıb və həyatının 24 ilindən çoxunu futbola həsr edib.