• 23 Sentyabr 2024 09:27

Prokopenko “Azov”un rəhbərliyinə qayıtdı

2022-ci ilin mayında Mariupolun rus qoşunları tərəfindən azad edilməsi zamanı əsir düşən, daha sonra Türkiyə tərəfindən Ukraynaya qaytarılan Denis Prokopenko yenidən “Azov” taboruna rəhbərlik edir.

Bu barədə TASS Ukraynanın daxili işlər naziri İqor Klimenkonun “Ukrainskaya pravda” nəşrində gedən müsahibəsinə istinadən məlumat verib.

Ukraynalı nazirin sözlərinə görə, Prokopenko hazırda kadr hazırlığına cavabdehdir:

“O, prosesə tam inteqrasiya olunub. İşlərin gedişinə bələddir, burada olmadığı vaxtın əvəzini çıxır”. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər