“Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi müvafiq razılaşmalara əsaslanır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistandakı rus hərbi bazasının gələcəyi ilə bağlı suala cavab verərkən deyib.
“Bütün hallarda biz kağız üzərində yazılmış müqavilələrimizdən çıxış edirik. İkincisi, biz bütün konkret addımlara konkret reaksiya verəcəyik və nə baş verə biləcəyini ehtimal edəcəyik. Biz cari hadisələrə, artıq baş vermiş hadisələrə və ya baş verməsi şübhəsiz olan hadisələrə şərh veririk. Əgər Rusiyanın mövqeyindən danışırıqsa, bu, müvafiq sənədlərdə qeyd olunur, qanuni şəkildə formalaşdırılır”, – Zaxarova qeyd edib. (Teleqraf)