• 24 Noyabr 2024 10:36

Fransa və Almaniya Ərdoğanın görüşdə iştirakını istəməyib – Arzu Nağıyev

 

“Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa Birliyinin təşəbbüsü ilə Azərbayan, Ermənistan, Almaniya, Fransa liderlərinin beştərəfli görüşü nəzərdə tutulurdu. Lakin Azərbaycan Prezidenti sammitə qatılmadı. Əsas məqam da ondan ibarətdir ki, Azərbaycan nəzərdə tutulan görüşdə Türkiyə tərəfinin də iştirakını təklif etmişdi. Amma Fransa və Almaniya Türkiyənin bu formatda iştirakına razı olmadığından fikir ayrılığı yaranmışdı. Bu səbəbdən də Azərbaycan tərəfi görüşdən imtina qərarı verib”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Arzu Nağıyev deyib.

“Təbii ki, bu cənab Prezidentin qərarıdır. Digər tərəfdən isə Türkiyə mediasının yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğan da Qranada da keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə qatılmayacaq. Yəqin ki, bunun da səbəbi var. Əsas məsələ ondan ibarətdir ki, doğrudan da son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında əsas maneə bir sıra Qərb ölkələri, xüsusən də Fransa və Almaniyanın qeyri-konstruktiv mövqeyi dayanır.

Azərbaycan qalib tərəf kimi, eyni zamanda Qarabağ məsələsinin tam şəkildə həll olunduğu dövrdə Ermənistan özü Azərbaycana sülh sazişində maraqlı olmalıdır”- deputat Arzu Nağıyev qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər