• 24 Noyabr 2024 12:35

Paşinyandan sülh müqaviləsi ilə bağlı açıqlama: “Sənədi imzalamağa hazıram, lakin…”

“Bir neçə gün əvvəl müxalifət dedi ki, hava limanına gedən yolları bağlayaq ki, baş nazir Qranadaya getməsin. O, ora sənəd imzalamağa gedir, sonra o sənədlə nə edəcəyi bəlli deyil. Biz artıq Qranadaya səfərimizi təsdiq etmişdik. Çox konstruktiv və nikbin idik, çünki əlamətdar sənədi imzalamaq şansının olduğunu düşünürdük. Bu gün səhərə qədər biz bu ehtimalı çox yüksək qiymətləndirirdik”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyadakı iclasda deyib.

O qeyd edib ki, bu, marionet müxalifətin var gücü ilə dağıdıcı sənəd kimi təqdim etməyə çalışdığı sənəddir: “Ermənistan marionetlərin təzyiqinə boyun əymədi, aydın əsaslandırılmış, konstruktiv mövqe ortaya qoydu, öz mövqeyini açıq şəkildə ifadə etdi. Aydındır ki, heç kim hava limanına gedən yolu bağlaya bilməz. Biz nə baş verdiyini gördük. Məlum oldu ki, planlaşdırılan görüş heç bizim günahımız olmadan da baş tutmayacaq”.

Paşinyan əlavə edib ki, “kukla müxalifət növbəti bonuslarını almayacaq, çünki məsələ həll olunub, həm də onların əli olmadan. Qranadaya xarici işlər naziri və Nazirlər Şurasının katibinin daxil olduğu nümayəndə heyət göndərilir. Biz səfəri ləğv etməmişik, yola düşəcəyik və mövqelərimizi daha ətraflı açıqlamağa çalışacağıq. Əlbəttə ki, görüşün baş tutmadığına görə təəssüflənirik, amma ümid edirik ki, konseptual sənəd münasib vaxtda imzalanacaq. Mən bu müqaviləni imzalamağa hazıram və çox təəssüf edirəm ki, sabah bu çox vacib qərarın qəbul olunduğunu elan etmək imkanım olmayacaq”, – deyə baş nazir bildirib.

O vurğulayıb ki, bu sənədin Azərbaycanın maraqlarına zidd olması və yalnız Ermənistanın maraqlarına tam uyğun olması fikri formalaşmamalıdır. “Bu sənəd regionda sülhə və sabitliyə uyğundur. Əgər bu sənəd balanslaşdırılmasa, heç kim onu ​​imzalamayacaq və heç kim məni məcbur edə bilməyəcək. Digər tərəfdən Ermənistan sərhədlərindən kənarda marjinal, marionet qüvvələr var və onlardan Ermənistanın maraqlarının zərərinə tarazlığı itirmək üçün istifadə oluna bilər. Düşünürəm ki, onlar bu ssenarini həyata keçirəcəklər”, – deyə Paşinyan vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər