Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı “jurnalistlər”, “ekspertlər” və “hüquq müdafiəçiləri” çətin vəziyyətə düşür.
Baku TV-nin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və o vaxt çökməkdə olan “Artsax” layihəsini dirçəltmək üçün Xankəndiyə ezam olunan erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə azərbaycanlılara şahidlik edir.
O, istintaq orqanlarına özünün xaricdəki çoxsaylı etibarlı əlaqələri ilə bağlı detallı məlumatlar verir. Beləliklə, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, “jurnalistlər”i, “hüquq müdafiəçilər”i və “ekspertlər”i ilə təmaslarına dair sənədli sübutlar əldə edib. Məlum olub ki, onlarla lobbiçilik fəaliyyəti üçün açıq maliyyə sövdələşmələri aparılıb ki, sövdələşmələrin də məğzi siyasi və informasiya xarakterlidir. Beləliklə, dünya ictimaiyyəti Ruben Vardanyanın “Karnegi Fondu” ilə əməkdaşlığının incə təfərrüatlarından tezliklə xəbərdar olacaq.
Tomas de Vaal ciddi narahatlıq keçirməlidir. Britaniyalı mütəxəssisi xoşagəlməz sürprizlər gözləyir, çünki bütün sirlər açılır. İstintaqın təfərrüatları açıqlananda qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək. Deməli, kiçik oyunçuların başı daha çox ağrıyacaq.
O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa R.Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, R.Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib və burada USAID-in rəhbəri Samanta Pauerlə bağlı incə məqamlar da ortaya çıxır. Onun Ruben Vardanyanla çox yaxın təmaslarının təfərrüatları Azərbaycan tərəfinə məlum olub. Ümumiyyətlə, sadəcə inanılmaz mənzərə ortaya çıxır. Samanta Pauerin timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir.
R.Vardanyan isə öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Əsas sual budur ki, bu məqamda kim kimin üçün işləyib. İstisna etmək olmaz ki, R.Vardanyan erməni xislətinə uyğun olaraq ikili agent olub və bu da Rusiyanın ondan üz döndərməsinin səbəbi kimi anlaşıla bilər.