• 21 Sentyabr 2024 10:39

Dişlərinizi fırçaladıqdan sonra ağzınızı yaxalayırsınızsa… – Xəbərdarlıq

Diş sağlamlığı hər bir insanın əhəmiyyət verməli olduğu əsas məsələdir.

Dişlərinizi fırçaladıqdan sonra ağzınızı su ilə yaxalamaq bir çoxumuz üçün normal görünsə də, mütəxəssislər bu vərdişin diş sağlamlığına zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Diş pastasının tərkibindəki flüorid dişləri çürüməyə qarşı qoruyarkən mina qatını gücləndirməyə kömək edir.

Ancaq dişlərinizi fırçaladıqdan sonra ağzınızı su ilə yaxalasanız, diş pastasının tərkibindəki flüorun çox hissəsini ağzınızdan çıxarmış olarsınız. Bu, dişlərinizi qorumaq əvəzinə, zəiflədə bilər.

Ağız yaxalamaq vərdişinizi dəyişdirin…

1- Diş məcununu tüpürdükdən sonra ağzınızı yaxalamaq yerinə artıq köpüyü tüpürüb ağzınızda buraxın.

2- Dişlərinizi fırçaladıqdan dərhal sonra yemək və ya içmək dişlərinizi qoruyan flüorun təsirini azalda bilər. Bu səbəbdən dişlərinizi fırçalamaqla yemək arasında bir müddət gözləmək faydalıdır.

3- Ağız baxımı üçün istifadə edilən xüsusi ağız qarqaraları dişləri fırçaladıqdan sonra istifadə üçün nəzərdə tutulmuşdur. Bununla belə, istifadə etməzdən əvvəl qablaşdırmanı oxumaq və təlimatlara əməl etməkv acibdir. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər