• 24 Noyabr 2024 17:30

“Həbsdəki ermənilər Poladı satqınların verdiyi koordinata əsasən vurduqlarını deyəcəklər”

“Həbsdəki ermənilər Poladı satqınların verdiyi koordinata əsasən vurduqlarını deyəcəklər”

Qarabağdakı separatçı rejimin keçmiş “prezidentlərinin”  və digər vəzifə tutan şəxslərin həbs olunması illər öncə Ermənistana  casusluq edənlərin də  ifşasını gündəmə gətirib.

Qeyd edək ki, məşhur “Aprel döyüşləri”, həmçinin Tovuz döyüşləri barəsində söz düşərkən, hər kəs burada xain izi axtarıb.  Tovuz döyüşlərində şəhid olan Milli Qəhrəman Polad Həşimovun anası Səmaya Həşimova da dəfələrlə mediaya açıqlamasında oğlunun satqınlıq səbəbiylə düşmən gülləsinə tuş gəldiyini deyib.

Bəs görəsən, Qarabağdakı terrorçu rejimin həbs edilən başçıları DTX-da bu sirləri aça bilərmi? Gununsesi.info-ya açıqlamasında Səmaya Həşimova bunu istisna etməyib:

“Hardan bilmək olardı ki, o zaman Qarabağda kimlər var? Bəyəm onlar Polad Həşimovu yerini görürdülərmi ki, onu da vursunlar? Bu necə baş verə bilərdi? Həmişə demişəm nə qədər ki, ömrüm var hər kəsdən bu tələbi edəcəm. Polad Həşimovun qatillərini tez zamanda həbs etsinlər.

Suala cavab olaraq demək istərdim ki, əgər elə bir qətiyyətli, cəsarətli oğlan ortaya düşüb həbs olunan ermənilərə bu sualı verə biləcəksə, ermənilərin ilk cavabı Polad Həşimovun yerini bilməmələri olacaq.

Onlar Polad Həşimovu içimizdəki satqınların verdikləri koordinatlara əsasən vurduqlarını deyəcəklər.

Hər kəsə məlumdur ki, həbs olunan istənilən şəxs ilk öncə özünü müdafiə etmək istər.

Düşünürəm ki, onlar da özlərini müdafiə etmək üçün məhz bütün sirləri ifşa edib, ortaya tökəcəklər.  Bu mənim şəxsi fikrimdir, lakin qətiyyətlə şəkildə belə düşünürəm.

Yenə də qeyd edirəm Polad Həşimov ermənilər tərəfindən vurulsa da koordinatları Azərbaycandan verilib”.

Tacxeber.com

Oxşar xəbərlər