• 24 Noyabr 2024 19:02

“Koçaryanla Sarkisyan da Azərbaycana təhvil veriləcək” – Tonoyandan ŞOK AÇIQLAMA

“Azərbaycanın Qarabağ separatçılarını həbs etməsi Ermənistanda böyük qorxu hissi yaradıb.

Tacxeber.com Publika.az-a istinadla xəbər verir ki, indi Ermənistan cəmiyyətində müzakirələr bu müstəvidə gedir:

Ermənistanın sabiq prezidentləri – Xocalı qatilləri Robert Koçaryan və Serj Sarkisyan da qolu qandallı Bakıya gətiriləcək.

Erməni professor Artyom Tonoyan da hadisələrinin gedişatını belə görərək “Facebook” səhifəsində yazıb:

“”Artsax”ın 3 “prezident”ini təhvil verənlər Ermənistanın 3 prezidentini də təhvil verəcəklər. Çətin ki, onların əsas məqsədi “Artsax” “preziden”tləri idi. Hədəf Ermənistanın 3 prezidentidir”.

Yəqin ki, Tonoyan 3-cü prezident kimi Levon Ter Petrosyanı nəzərdə tutur. Amma Azərbaycan ermənilər arasında az-çox məntiq sahibi olan Levona amnistiya tətbiq edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər