• 21 Sentyabr 2024 18:10

Məhkəmədə çəkişən Xalq artisti və jurnalist canlı efirdə barışdılar – Video

Məhkəmədə çəkişən Xalq artisti və jurnalist canlı efirdə barışdılar - Video

Xalq artisti Könül Xasıyeva və jurnalist Pərviz Hüseyn arasında illik qalmaqal sona çatıb.  

Tacxeber.com xəbər verir ki, məhkəmə çəkişən xanəndə və jurnalist canlı efirdə üz-üzə gələrək barışıblar. Tərəflər “Xəzər” telekanalında yayımlanan “Təsir Dairəsi” proqramında onlar aralarındakı söz-söhbətə son qoyub.

Canlı efirdə Xalq artistindən üzr istəyən P. Hüseyn həmişə Xalq artistinə hörmət etdiyini bildirib.

Öz növbəsində, K. Xasıyeva jurnalistə yaxınlaşaraq onu qucaqlayıb:

“Mən heç vaxt həbsin tərəfdarı olmamışam. 40 min manat tələbini də mən qoymamışdım, qarşıma seçim qoymuşdular. Məhəkə prosesində də barışığın tərəfdarı olmuşam. Onu öpüb bağrıma basıram”.

Tacxeber.com

Oxşar xəbərlər