Son illərdə insanlar fərqli mədəniyyətlərin fərqli təamlarını kəşf etməkdə maraqlıdırlar. Mətbəx sahəsində də fərqlilik yaratmaq getdikcə dəb halına gəlməkdədir.
Yapon mədəniyyətində istifadə olunan Matcha çayı da getdikcə məşhurlaşmağa başlayıb.
Tacxeber.com xəbər verir ki, Matcha əslində Yapon mədəniyyətində istifadə edilən toz yaşıl çay növüdür. Xüsusi olaraq yetişdirilib hazırlanan bu çay vagashi (wagashi) şirni növlərində, yaşıl çaylı dondurmalarda istifadə edilir.
Matcha çayının faydaları:
Xərçəng riskini azaldır
Tərkibində olan bol miqdarda kafein bədəni təhlükəli sərbəst radikallardan qoruyur. LDL xolesterini aşağı salmağa kömək edir, qan şəkərini tarazlayır və orqanizmə yağ toplanmasının qarşısını alır.
Diqqəti bir yerə cəmləyib, fokuslanmağa kömək edir
Qəhvədən 4 dəfə çox kafein ehtiva edən bu çay enerji və xəbərdaredici dozanı yüksəldərək fokuslanmağı təmin edir. İçərisindəki amin turşuları Matcha çayının xəbərdaredici təsirini maksimum səviyyəyə çatdırır.
Maddələr mübadiləsini sürətləndirir
Kalorisi yox deyiləcək qədər az olan Matcha çayı arıqlamağa kömək edir. Nizamlı olaraq Matcha çayı istehlak etmək hüceyrələrdəki termogenezi artıraraq daha sürətli kalori yandırılmasını təmin edir.
Stressi azaldır
Matcha çayında bol miqdarda ən çox təriflənən amin turşularından olan L-theanine var. Bu amin turşuları yuxu gətirmədən zehni dincəldir və rahatlamağa kömək edir. “Stəkanda meditasiya” adı Matcha çayına çox uyğun bir termindir.