• 24 Noyabr 2024 18:02

Payızda “gözü qızan” “Qarabağ”

2019-cu ilin bu vaxtı idi, lap dəqiq desəm, oktaybrın 3-ü.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “F91 Düdelanj”la qarşılaşırdı.

Erməni təxribatçılar lüksemburqluların təhlükəsizlik işində verdiyi boşluqdan yararlanıb qondarma respublikanın bayrağını dronla “Joze Bartel” stadionunun üzərində dalğalandırmış, oyunda böyük fasilə yaranmış, nəticədə gözləri qızan “Qarabağ”lıları rəqibini 4:1 hesabı ilə darmadağın etməklə ermənilərin heyfini onlara havada dron uçurtmağa imkanı yaradan lüksembrqlulardan çıxmışdı.

Həmin vaxt “Futbol+” qəzetində çalışırdım və oyundan reportaj hazırlamalıydım. Yazını bitirəndən sonra elə bir sərlövhə qoymalıydım ki, həm qələbəni ehtiva etsin, həm də dığalara Qarabağın Azərbaycana məxsus olmasına dair mesaj getsin.

Qəzetin üz qabığında gedən sərlövhə ertəsi maraqla qarşılanmışdı:

“4:1 tərəf bilsin, sən bizimsən, Qarabağ!”

İş elə gətirdi ki, həmin reportajdan düz 1 il 1 ay sonra müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə Qarabağ torpaqlarını qaytardı.

Üstündən 3 il keçəndən sonra ermənilərin başlatdığı antiterror əməliyyatlarının məntiqi sonluğu kimi bu dəfə şanlı Ordumuz bu dəfə yerdə qalan şəhər və rayonlarımızı da erməni tapdağından təmizləyib ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi.

Cəbhədə itkilər verdiyimiz və azərbaycanlıların “Xankənki xəbəri”ni bayram etdiyi günlərdə “Qarabağ” “Molde” ilə qarşılaşırdı. “Köhlən atlar” həssas anda gücünü göstərməli, ordumuzun ermənilərin başına yağdırdığı döyüş topları kimi, bu dəfə futbol topları norveçlilərin qapısında partlamalıydı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sentyabrın 21-də təkqapı oynamaqla Avropa Liqasının qrup mərhələsinə 1:0-lıq qələbə ilə başladı.

Bu axşamkı rəqib “Hekken”dir. Ermənilərin çoxluq təşkil etdiyi İsveçi təmsil edən bu komandanın bizimkilərin qarşısında nə qədər tab gətirəcəyini dəqiqələr sonra görəcəyik.

Qurban Qurbanov matçdan öncəki mətbuat konfransında mənşəyi dəqiq bilinməyən jurnalistin təxribatçı sualına təmkinli və ağıllı cavab verməklə növbəti dəfə Qarabağ həqiqətlərini dünyaya çatdırdı.

Jurnalistin sualını cavablandırandan sonra isə yenidən futbolçuları ilə danışıb və “Hekken”lə matçdakı qələbənin nə dərəcədə vacib olduğunu bir daha xatırladıb. Buna zərrə qədər də şübhəm yoxdur.

“Qarabağ”lı futbolçular da baş məşqçiyə futbol həqiqətlərini isveçlilərin, eləcə də bir gözü “Ullevi”də olan ermənilərin diqqətinə çatdıracağına söz verib. Ağdamlıların bugünkü parlaq zəfəri cənab Prezidentin deyiminə işıq salacaq:

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

HƏBİB

Tacxeber.com

Oxşar xəbərlər