• 22 Sentyabr 2024 20:31

“Belə olsa, Azərbaycan və Türkiyə ilə əlaqələrimiz məhv olacaq!” – İran diplomatından açıqlama

“Belə olsa, Azərbaycan və Türkiyə ilə əlaqələrimiz məhv olacaq!” – İran diplomatından açıqlama

“İndi bəziləri Naxçıvanı tutmağı tərənnüm edir, bəziləri isə hərbi əməliyyatın zəruriliyindən danışır. Təsəvvür edin, gərginlik artdı və biz hərbi əməliyyatlarla Zəngəzur dəhlizinin işə düşməsini dayandırdıq. Onda nə olacaq? İran üçün Ermənistandan qat-qat vacib hesab etdiyim Azərbaycan və Türkiyə ilə əlaqələrimiz məhv olacaq!”

Tacxeber.com Jamaran-a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.

O bildirib: “Diqqət edin, niyə Ermənistan hakimiyyəti gəlib demir ki, biz İranla sərhədi itirmək istəmirik? “Milli suverenliyimiz qorunmalıdır”, – deyirlər, ancaq bir dəfə də olsun İranla sərhədin əhəmiyyətini vurğulamırlar.

Azərbaycanla sülh müqaviləsi imzalansa, Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşsa, Ermənistan Azərbaycan və Türkiyə ilə məsələni könüllü həll etmək istəsə, bizim halımız necə olacaq? Biz nə edə bilərik? Əvvəl-axır nə olacaqsa, Ermənistanla olacaq və biz bu aqibət barədə düşünməliyik.

Hesab edirəm ki, İranın mövqeyi yanlışdır və biz vəziyyəti diqqətlə araşdıraraq onları təkrarlamaqdan çəkinməliyik. Onlar Azərbaycanla İsrailin münasibətlərindən danışanda, təhdid edəndə nə baş verdi? Biz gördük ki, Azərbaycan İsraillə münasibətlərini dərinləşdirib və vəziyyət daha da pisləşib. Mənim problemim odur ki, biz yanlış mövqelərlə insanlarımıza necə xərclər qoyuruq”.

Ə. Süleymani qeyd edib: “Biz prioritetlərə əsaslanaraq maraqlarımızı prioritetləşdirməli və həyata keçirməliyik. Doğrudanmı xarici siyasətimiz ondan ibarət olmalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər bu istiqamətdə çox səy göstərməyən Ermənistanla sərhədi saxlamaq bahasına məhv edilməlidir?

Nə üçün deyilməsin ki, biz xarici siyasətdə realist baxışa malik olmadığımıza və idealist baxışı realist baxışla əvəz etdiyimizə görə xeyli xərc çəkmişik?

Bu gün narahat olan cənablar illər öncə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı etdiyim xəbərdarlıqlara məhəl qoymadılar. Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkiləndə niyə susdular? Mən o vaxt xəbərdarlıq edirdim, amma bəzi cənablar deyirdilər ki, bu kəmərlər iqtisadi cəhətdən sərfəli deyil, İrana gedən yol daha yaxşı və ucuzdur. Axırda nə oldu?

Bu adamlar İranı geosiyasi və geoiqtisadi cəhətdən qurudurlar. İndi Qazaxıstan, Xəzər dənizi, Azərbaycan Respublikası və Gürcüstan Respublikası vasitəsilə Çini Türkiyə ilə birləşdirən “Orta Dəhliz” qurulur. Bu dəhlizləri  İranın geosiyasi və geoiqtisadi təxliyəsi davam edir! Qərblə münasibətlərin pis olması ucbatından bu imkanların neçəsini əldən verdik? İndi gedin Rusiya ilə barışın! Bu Şimal-Cənub Dəhlizinin nə qədəri hazırda istismar olunur və ticarət üçün istifadə olunur?

Doğrudan da, Ermənistan Zəngəzur dəhlizinin işə salınmasına icazə verirsə, bizim hansı alternativ variantımız var? O, Ermənistanın ərazisidir və özü səlahiyyət sahibidir. Biz müdaxilə edə bilərikmi? 3 ildir ki, deyirlər: “Azərbaycan Ermənistanın Sünik vilayətinə hərbi hücuma keçmək istəyir”. Bəziləri daha da irəli gedərək deyirlər ki, hərbi hücum artıq başlayıb.

Bütün fikrim odur ki, əgər siz milli maraqlar haqqında düşünürsünüzsə, alt sistem ölkələrinin sonda sistem ölkələri ilə uyğunlaşmalı olduğuna diqqət yetirin. Alt sistem ölkələri çox vaxt böyük dövlətlərlə koordinasiya olmadan irəli gedə bilmirlər. Mən inanıram ki, Qafqazda hər şey böyük dövlətlərin koordinasiyası ilə baş verir. Əsl qərar verənlər Azərbaycan və ya Ermənistan ölkələri deyil və s. Zəngəzur adlı dəhliz bulud, külək, duman, günəş və səma olanda işə düşür. Ukrayna müharibəsindəki strateji səhvi ilə Rusiya təsirinin azaldığını görür və Qərb bu boşluğu doldurmağa çalışır. Düzgün hərəkət etsəydik, indi Qafqazda Rusiya və Türkiyənin əvəzinə üstünlüyə sahib olardıq”.

“Məncə, Azərbaycan Sünik vilayətinə hücum etməyəcək, çünki dəhlizin təhlükəsizliyinə ehtiyac var. Diqqəti təhdidlərə yönəltmək əvəzinə, bölgədə daha fəal diplomatiyaya diqqət yetirməliyik.

Azərbaycan hərəkətə keçsə, Ermənistanın İrandan kömək istəməsinə icazə veriləcəkmi? Ermənistanın tələbi olmadan müdaxilə edə bilərikmi? Bizim diplomatiya və danışıqlardan başqa yolumuz yoxdur”, – deyə diplomat fikirlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər