“Bu gün baş verənlərdən, bəyanatlardan, xəbərlərdən belə anlayıram ki, “rusməramlılar”, maksimum, yanvara qədər “qonağımızdılar”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Partiyasının Siyasi Komitə üzvü Natiq Cəfərli deyib. O, qazanılmış hərbi və diplomatik uğurların Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində əldə olunduğunu bildirib:
“Hər şey “urus”un planıdı, Əliyevin “urus”un adamıdır”, deyən o mənasızlara, camaatı, əsas da özlərini aldadıb, “biz siyasətçiyik” deyənlərə yazığım gəlir, vaxtında özlərinə sənət də tapmadılar.
Putinin bu günkü çıxışında bizə qarşı nə qədər qəzəbli olduğunu, amma dinə, açıq danışa bilmədiyimi görmək ləzzət elədi. Bir daha: Son illər Kremli belə urvatsız edən, peşəkarcasına fəndə salan olmamışdı – müasir tarixdə Cənubi Qafqazdan Rusiya əsgərini də ilk Azərbaycan çıxardı, indi də tamam getməsinin təməlini yenə Azərbaycan qoyur. Azərbaycan-Türkiyə İttifaqı möcüzələr yaradır! Eşq!”, – deyə o qeyd edib.