• 24 Noyabr 2024 18:56

Paşinyan gedərsə, yerinə kim gələcək? – ŞOK AÇIQLAMA

Paşinyan gedərsə, yerinə kim gələcək? - ŞOK AÇIQLAMA

 

Bir müddətdir ki, İrəvanda və digər şəhərlərdə vətəndaşlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyalar keçirirlər. Baş nazir isə açıqlamalarının birində bildirib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemləri həll olunarsa, hakimiyyəti tərk edə bilər. Maraqlıdır, Paşinyan belə bir vəziyyətdə hakimiyyətdən gedə bilərmi?

Tacxeber.com xəbər verir ki, mövzu ilə əlaqədar Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Paşinyanın belə bir informasiya verməsi həm onun daxilindəki əleyhdarlarına, həm Rusiyaya, bəlkə də elə Azərbaycan və Türkiyəyə yönəlik mesajdır.

“Paşinyan müəyyən öhdəliklər imzalayıb və həmin öhdəliklər müəyyən proseslər və böyük layihələrin icrasını özündə nəzərdə tutur. 10 noyabr razılaşmasına nəzər salsaq görərik ki, bu öhdəliklər Azərbaycanla sülh, regionda kommunikasiyaların açılması məsələsi, hansı ki, biz buna eyni zamanda Zəngəzur dəhlizi məsələsi kimi də baxa bilərik. Bu kontekstdən qiymətləndirəndə son dönəmlər Rusiya, Azərbaycan və Ermənistan gündəminə baxanda dərhal görürük ki, prosesi Paşinyanın indiki həm Qərb, həm Rusiya arasında informasiya savaşında aktora çevrilməsi kontekstində qiymətləndirmək lazımdır. Bu mənada Paşinyan həm də Rusiyaya göndərmə edir ki, öhdəlik götürən şəxs və onun imzası olan proseslər o olmadan icra olunmaya bilər” – deyə Əziz Əlibəyli bildirib.

Bundan əlavə, Paşinyanın etiraz dalğasına cavab olaraq hakimiyyətdən gedə bilmə ehtimalını dəyərləndirərkən yarana biləcək vəziyyəti ekspert belə ifadə edib:

“Paşinyan indiki vəziyyətdə hakimiyyətdən gedərsə, situasiyanın dinamikası tamamən dəyişər. Lakin hazırda Paşinyandan başqa Ermənistanda bizim üçün arzuedilən alternativ komanda yoxdur. Paşinyanın hakimiyyətdən getməsi keçmiş separatçılar, o cümlədən keçmiş terrorçulardan ibarət komandanın hakimiyyətə gəlmə ehtimalını artırar. Həmin komanda hazırda Ukrayna, bəlkə də dünya ilə savaşan Rusiya üçün çox da avantaj vəd etmir. Çünki Rusiya Avropada Ukrayna müharibəsində dünyaya qarşı savaşırsa, onun Qafqazda, Şərq bölgəsində regional iqdisadi təminata, müttəfiq və maraqlarının qorunmasına da böyük ölçüdə ehtiyac var. Bu maraqlarının təmin etməsinin keçid yolu isə Türkiyə, Azərbaycan və İran üçlüsündən keçdiyinə görə bir növ Rusiyanın bu ölkələrə ehtiyacı var deyə bilərik. Ona görə də Rusiya bu yöndə irəliləməkdədir və bu ölkələrlə əməkdaşlığını qorumaqdadır. Buna görə Qarabağ məsələsində Rusiya öz öhdəliklərini icra etmək və Paşinyanın siyasi səhnədəki son rolunun uğurlu olması üçün çalışmaqdadır. Rusiya gündəmi bu 3 ölkənin maraqlarına uyğun təmin etmək üçün çalışır. Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətdən getməsi bu proseslərin yekunlaşması fonunda reallaşa bilər”.


Oxşar xəbərlər