• 22 Sentyabr 2024 16:36

Putin Simonyanı pərt etdi: Paşinyan və “Qarabağı satdı” mübahisəsi – VİDEO

 

Rusiya Prezidenti Vladimir Putin erməni əsilli jurnalist Marqarita Simonyanın söylədiyi fikirlərə narazılığını bildib.

Tacxeber.com xəbər verir ki, media nümayəndəsi Ermənistan baş naziri Nikol Paşinyanın əleyhinə çıxış edib.

“Normal ermənilər hər şeyi yaxşı anlayırlar ki, o, hakimiyyətə gətirilib. Məhz ona görə ki, Qarabağı təhvil versin. Paşinyanı hakimiyyətə gətiriblər ki, o, Qarabağı satsın”, – o söyləyərək bu yöndə mülahizəsini davam etdirib.

Putin isə onunla razılaşmadığını dilə gətirib və seçimi erməni xalqının etdiyini bildirib:

“Mən sizinlə razılaşa bilmərəm. Bəli, seçki prosesinə müxtəlif yöndən baxa bilərik. Amma bu, faktdır. Gəlin yada salaq ki, o, hakimiyyətə gələndə demişdi ki, “Qarabağ Ermənistandır”. Hələ indiyədək heç kim belə söyləməmişdi. Mən axı onunla görüşmüşəm. O həqiqətən istəyirdi ki, vəziyyəti saxlasın və qorusun. Onun bilərəkdən Qarabağı satması iddiasını ədalətli hesab etmirəm”

 

Oxşar xəbərlər