• 23 Noyabr 2024 15:25

Regionda söz sahibi Azərbaycan, ifaçı isə Ermənistandır – Melkonyan

 

“İndi hər şey Ermənistanın hesabına həll olunur, çünki Ermənistan heç nə etmək istəmir. Fərqi yoxdur, Moskvada, Vaşinqtonda, Brüsseldə olsun, fərqi yoxdur, hər şey Ermənistanın hesabına baş verir, çünki Ermənistan subyektdən amilə çevrilib, sonra amildən obyektə çevrilib”.

Tacxeber.com xəbər verir ki, tarix elmləri namizədi, analitik Sergey Melkonyan Qranadada keçirilən dünənki görüşü şərh edərkən belə deyib.

Onun sözlərinə görə, indi İran Azərbaycanla birgə hərbi təlimlər keçirəcək.

“Yüksək səviyyəli görüşlər keçirilir, çünki ümumi regionda məsələlər Ermənistansız həll olunur, çünki Ermənistan heç nə etmir. İndi olmuş və ya ola biləcək müttəfiqlər Azərbaycanla əməkdaşlıq edirlər, çünki o, regionun gündəmini o həll edir, hətta alternativ gündəm də təklif etmir, yəni Ermənistanla danışıqların mənası yoxdur. Təbii ki, regionda söz sahibi Azərbaycan, ifaçı isə Ermənistandır”, – Sergey Melkonyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər