Metsamor təhlükəsi: Ermənistan Fukusima faciəsini təkrarlamaq istəyir? – VİDEO
2011-ci il martın 12-də Çernobıldan sonra böyüklüyünə görə ikinci olan Yaponiyanın Fukusima Dayiçi atom elektrik stansiyasında (AES) nüvə fəlakəti baş verdi. Doqquz bal gücündə baş vermiş zəlzələ nəhəng sunamiyə səbəb oldu. 15 metrlik dalğa stansiyanın soyutma sistemlərini zədələdi. Bu, partlayışa, radiasiyanın atmosferə buraxılmasına və daha da ağır radioaktiv çirklənməyə səbəb oldu. Hadisədən sonra Yaponiyanın şimal-şərqindəki şəhərlərdən 160 minə yaxın insan təxliyə edilib. Fukusima Dayiçidə baş vermiş qəza bir çox ölkələri seysmik aktivliyi yüksək olan ərazilərdə yerləşən elektrik stansiyalarının fəaliyyəti haqqında düşünməyə vadar etdi.
Tacxeber.com xəbər verir ki, barədə CBC telekanalının “Fukusima. 12 il sonra. “Metsamor” üçün dərslər” adlı sənədli filmində qeyd edilir.
“Təsadüfi deyil ki, Ermənistanda Metsamor Atom Elektrik Stansiyası saatlı bomba adlanır. Sovet standartlarına uyğun tikilərək 1979-cu ildə istifadəyə verilmiş, seysmik aktiv ərazidə yerləşdiyinə görə dünyanın ən təhlükəlilərindən biri hesab olunur.
1988-ci ildə Ermənistanın Spitak şəhərində yeddi bal gücündə dağıdıcı zəlzələdən sonra reaktor ciddi zədələnsə də, stansiya daha üç ay fəaliyyətini davam etdirib. 1989-cu ildə reaktor bağlanıb. Altı il yarımdan sonra Ermənistan hakimiyyəti ikinci reaktoru yenidən işə salmaq qərarına gəlib.
Nüvə enerjisi istehsalının nisbətən aşağı qiyməti bir çox ölkələrə onun istifadəsindən tamamilə imtina etməyə imkan vermir. Hətta Yaponiya atom elektrik stansiyalarına bel bağlamaqda davam edir.
Ssenari müəllifi Anastasiya Lavrina Yaponiyanın Fukusima Dayiçi ilə Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasını müqayisə edir. Zəlzələ zamanı Metsamor Atom Elektrik Stansiyasından radiasiya sızması qaçılmazdır ki, bu da öz növbəsində həm Ermənistanın özündə, həm də Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Rusiya və Cənubi Avropayada ən azı 1,5 milyon insanın həyatına təsir göstərəcək.
Daha ətraflı videoda: