• 20 Sentyabr 2024 21:28

Burak Özçivitin Pakistanda qorxu dolu anları – FOTO

 

38 yaşlı aktyor Burak Özçivit Pakistan səfərində qorxulu anlar yaşayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Kuruluş Osman” serialının qəhrəmanı Pakistanda siması olduğu ətir markasının təqdimatı üçün Ticarət Mərkəzində keçirilən tədbirdə iştirak edib. Aktyoru görə bilmək üçün ticarət mərkəzinə yüzlərlə insan axışıb. Əzilmək təhlükəsi yaşayan ulduz mühafizəçilərin yardımı ilə izdihamdan xilas ola bilib.

Sözügedən görüntüləri sosial mediada yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər