Ərəb dünyasının bütün ölkələri sülh çağırışı etdi və heç kim HƏMAS-ın İsrailə qarşı yeni müharibəsini dəstəkləmədi. Amma bütün bu ərəb ölkələrinin küçələrində HƏMAS-ı dəstəkləyirlər. Ərəb dünyasında hökumət və xalq arasındakı bu ziddiyyət potensial olaraq istənilən ərəb ölkəsində siyasi partlayışa və siyasi rejimlərin dəyişməsinə səbəb ola bilər. Və bəlkə də bir neçəsində…
Tacxeber.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov HƏMAS-ın İsrailə qanlı hücumunu şərh edərkən deyib.
Ekspert bildirib ki, hazırki proseslər bütün dünyada narahatlığa səbəb olacaq.
Markov bu gedişat fonunda neftin qiymətinin artacağını proqnoz edib.